Ghazal

Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,

Cənnətə uyğu ipilə bir kəmənd atmaq dilər.

Etiqadınca yatar-yatmaz qucar qılmanları,

Ol səbəbdəndir namaz üstündə də yatmaq dilər.

Əbləhin fikrincə cənnət bir Buxara şəhridir,

Bəççətək qılmanları bulduqca oynatmaq dilər.

Məqsədi sövmü səlatından bu imişkən, yazıq,

Həm xudanı, həm də məxluqatı aldatmaq dilər.

Uyquda axtardığın hazirdə, yarəb, tapmasın,

Yoxsa illik taətin bir yolluğa satmaq dilər.

Rindi-risva gördüyün zahid görərsə, şübhəsiz,

Səbhəsin, səccadəsin zöhd ilə fırlatmaq dilər.

Küfrün iksir olduğun zahid, amandır, bilməsin,

Yoxsa bir zərrə bulub imanına qatmaq dilər.

Ağlar Güləyən

 

Image: The National Parliamentary Library of Georgia